Rusiya Premyer Liqasının XVIII turunda "Krılyo Sovetov" Moskvada "Lokomotiv"in qonağı olub.
Sportnet.az-ın məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qonaq komandanın start heyətində yer alıb və sonadək meydanda olub. Üstəlik, o, 69-cu dəqiqədə son qolu vuraraq, "Krılya Sovetov"u məğlubiyyətdən qurtarıb. Bu, 23 yaşlı forvardın Rusiya çempionatında ilk qolu olub.
Qeyd edək ki, “Krılya Sovetov” hazırda 18 xalla 13-cü pillədə qərarlaşıb.