"Çox maraqlı səfər oldu. Sevinirəm ki, belə bir tədbirə dəvət aldım və düzgün qərar verərək bu ölkəyə gəldim".
Sportnet.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Mikael Essyen jurnalistlərə açıqlamasında deyib. Qanalı keçmiş yarımmüdafiəçi bildirib ki, Avropa Liqasının finalı ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirakı daha çox şou üçün nəzərdə tutulmuş, təbliğat xarakterli qarşılaşma olub və maraqlı alınıb. O, final matçı ilə bağlı fikrini də bölüşüb: "Həlledici görüşdə "Çelsi"ni görmək istərdim. Çalışacağam ki, həlledici oyunda Bakıda olum".