
Hazırda Çinin "Şandun Lunen" klubunda çıxış edən futbolçu Maruan Fellayni Belçika yığmasındakı karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi "Twitter" səhifəsi vasitəsilə açıqlama verib. O, milli komandada 12 ilədək yüksək səviyyədə çıxış etdikdən sonra belə bir qərar qəbul etdiyini söyləyib: "Bu qərar asan olmadı, amma kənara çəkilmək və yolu yeni nəslə vermək zamanının yetişdiyini hiss etdim. Komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıram".
Qeyd edək ki, Maruan Fellayni Belçika millisində 2007-ci ildən çıxış edirdi.