
Portuqaliya "Sportinq"i Rusiyanın "Zenit" komandasının futbolçusu Luiş Netu ilə müqavilə bağlayıb.
Sportnet.az-ın Lissabon klubunun rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı müdafiəçi 2022-ci ilin yayınadək olan sözləşməyə imza atıb. Anlaşma bu yay qüvvəyə minəcək. Həmin vaxt Netunun "Zenit"lə müqaviləsi başa çatacaq. Bu səbəbdən, təcrübəli oyunçu "Sportinq"ə havayı başa gələcək.
Qeyd edək ki, Luiş Netu "Zenit"ə 2013-cü ildə İtaliya "Siena"sından 6,5 milyon avroya keçib. O, 2017-2018 mövsümündə Türkiyə "Fənərbağça"sında icarə əsasında çıxış edib. Bu mövsüm isə Netu Premyer Liqada 11 oyuna çıxıb. "Sportinq" Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Azərbaycan təmsilçisi Lissabondakı qarşılaşmada 0:2, Bakıda isə 1:6 hesabı ilə uduzub.