"Səbail" klubunun futbolçusu Yevgeni Koçuk 2020-ci il Avropa çempionatının seçmə mərhələ oyunları üçün Moldova millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Spiridon 26 yaşlı yarımmüdafiəçini Fransa və Türkiyə milliləri ilə oyunlar üçün komandaya cəlb edib.
"Zirə"də çıxış edən və əvvəlki oyunlarda yığmaya çağırılan hücumçu Aleksandr Dedov isə bu dəfə 24 nəfərlik siyahıda yer almayıb. Spiridon "Neftçi"dəki digər moldovalı oyunçu Petru Rakuya da etimad göstərməyib.
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində H qrupunda mübarizə aparan Moldova martın 22-də evdə Fransa, martın 25-də isə səfərdə Türkiyə ilə qarşılaşacaq.