AFFA İcraiyyə Komitəsinin üzvləri Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüblər.
Sportnet.az xəbər verir ki, yığma oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç U-19-un üzvləri ilə görüşüblər.
“Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə yığmaya uğrular arzulanıb, müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, Azərbaycanın U-19 millisi elit-raund mərhələsində martın 20-də Rusiya, martın 23-də İrlandiya, martın 26-da isə Rumıniya ilə qarşılaşacaq.