Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində
AZAL-la səfər oyunundan sonra Bakıda qalan "Simurq” artıq paytaxtı tərk etməyə
hazırlaşır. Sportnet.az-ın məlumatına görə, bu gün böyük qardaşı "İnter"in stadionu "İnter Arena”da
son məşqini edən Zaqatala klubu sabah səhər saatlarında Lənkərana yola düşəcək.
"Simurq” Lənkəran şəhər stadionunda sabah bir məşq edəcək və bununla da 11-ci tur matçına hazırlığını başa vuracaq. Baş məşqçi Georgi Çixradze hazırda iki futbolçunun xidmətindən məhrumdur. Bunlar zədəli Murad Səttarlı və Adam Banaşdır.
Qeyd edək ki, "Xəzər Lənkəran” – "Simurq” oyunu noyabrın 2-də keçiriləcək və saat 17:00-da başlayacaq.