Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu Premyer Liqada II turun oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda evdə "Taraz"la üz-üzə gəlib. Qarşılaşma "Tobol"un böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Matça start heyətdə başlayan Balayev sona qədər meydanda olub.
Qeyd edək ki, "Tobol" ilk iki turdan sonra 6 xalla 1-3-cü yerləri bölüşdürür.