
"Qəbələ” klubunun slovakiyalı futbolçusu Pavol
Farkaş Topaz Premyer Liqasının son iki turunda vurduğu qollarla "Sumqayıt”
(3:1) və "Araz Naxçıvan” (1:0) üzərində qələbələrdə pay sahibi olub. Sportnet.az-ın məlumatına görə, müdafiəçi Naxçıvandakı səfər oyunu, qol
vurmaq bacarığı və çempionatın gedişi haqda fikirlərini klubun saytı ilə bölüşüb. Həmin müsahibəni diqqətinizə
çatdırırıq:
- Topaz Premyer
Liqasının 10-cu turunda "Araz Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiz. Liderlər
sırasında mövqeyinizi möhkəmlədən səfər qələbəsi nə dərəcədə çətinliklə əldə
olundu?
- Bu matç çox ağır keçdi. Çətin oyunda bizə vacib olan 3 xal qazandıq.
Komandamız da qələbə qazanmağı bacardı.
- Qarşılaşmanın
taleyini həll edən qola imza atdız. Matçdan əvvəl belə olacağını gözləyirdiz?
- Qələbə qolunu mənim vurmağım önəmli deyil. Əsas odu ki, komanda qalib gəldi.
Əlbəttə ki, qol vurduğum üçün sevinirəm. Amma əsas qələbə qazanmağımız idi.
- Artıq iki turdu vacib
qollara imza atırsız. Ötən tur "Sumqayıt”la qarşılaşmada hesab 1:1 olarkən
fərqlənmişdiz. Bu dəfə də qələbə qolunun müəllifi olduz. Mərkəz müdafiəçisinin
belə məhsuldarlıq göstərməsini nə ilə izah edərdiz?
- Hər iki qolu standart vəziyyətdən vurmuşam. Belə zərbələrin üzərində
məşqlərdə də çox çalışırıq. Bu da məşqçilərimizin istəyidi. Bunun da nəticəsidi
ki, top üzərimə gələndə fərqlənə bildim.
- Standart
vəziyyətlərdə hücuma qoşulmağınız əvvəlki turlarda qolla nəticələnmirdi.Amma son iki
matçda bundan istifadə etməyi bacardız...
- Bu, futboldu. Hər şey ola bilər. Bəlkə də əvvəlki oyunlarda bəxtim
gətirmirdi, indi isə gətirdi. Futbol belə şeyləri əvvəlcədən bilmək olmadığı
üçün maraqlıdı.
- Karyeranızda bir mövsümdə ən çox 2 qol vurmusuz. 2006/07 mövsümündə "Nitra”, 2008/09
mövsümündə "Vasluy”da buna nail olmusuz. Daha bir qol vurub şəxsi rekordunuzu
yeniləmək haqda düşünürsüz? Növbəti turun "Bakı” ilə ev oyunu fərqlənəcəyinizi
gözləmək olarmı?
- İlk növbədə müdafiəçiyəm. Bu üzdən də arxa xətdə etibarlı oyuna fikir
verməliyəm. Mənim üçün ancaq komandamızın qələbəsi vacibdi. Başqa heç nə. Qol
vursam, yaxşıdı. Vurmasam da, əsas 3 xal qazanmağımızdı.
- İlk 10 turda bütün oyunlarda meydana çıxan azsaylı futbolçulardan
birisiz. Bu matçlarda "Qəbələ” 17 xal toplayıb. Liderlər qrupunda qərarlaşıb.
Komandanın oyununu və nəticələrini necə qiymətləndirirsiz?
- Müəyyən oyunlarda bəzən xallar itirmişik. Amma qarşıdakı oyunlarda qalib
gəlməyə çalışacağıq. Məncə, vəziyyətimiz pis deyil. Amma hesabımızdakı xalları
daha da artırmalıyıq. Çünki sonda mövsümü sevinclə başa vurmaq istəyirik.
- Bütün rəqiblərlə meydanda üz-üzə gəlmisiz. Mükafatlar uğrunda
mübarizə, buradakı əsas rəqibləriniz haqda nə deyə bilərsiz?
- Mövsümü mükafatçılar sırasında başa vurmaq üçün şanslarımız var. Mən də
"Qəbələ”yə mükafat qazanmağa gəlmişəm. Çünki bu komanda ilə mükafat qazanmaq
istəyirəm. Digər komandalar da mükafatlar üçün mübarizə aparır. Ümid edirəm ki,
mövsümün sonunda sevinən komandalardan biri biz olacağıq.