Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinin keçirildiyi həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsvermənin yekununda İngiltərənin Çelsi" klubunun hücumçusu Olivye Jiru fərqləndirilib.
Fransalı forvard səsvermədə Pyer-Emerik Obameyanq ("Arsenal"), Jonas ("Benfika") və Tomaş Suçeki ("Slaviya") üstələyib.
Qeyd edək ki, Olivye Jiru 1/8 finalın Ukraynanın paytaxtı Kiyevdə "Dinamo"ya 5:0 hesabı ilə qalib gəldikləri cavab görüşündə "het-trik" edib.