Xorvatiya yığması Azərbaycan və Macarıstanla keçirəcəyi AVRO-2020-nin seçmə mərhələsinin ilk iki tur qarşılaşmalarının hazırlıqlarına başlayıb.
Sportnet.az-ın məlumatına görə, Zaqrebdə təşkil olunmuş məşqi xeyli azarkeş izləyib. Onlar futbolçulara dəstək verərək avtoqraf alıblar.
Qeyd edək ki, Xorvatiya Azərbaycanla martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Macarıstanla isə martın 25-də Budapeştdəki "Groupama Arena"da qarşılaşacaq.