
"Sumqayıt” üzərindəki səfər
qələbəsindən sonra "Xəzər Lənkəran” doğma şəhərə qayıdıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən
məlumatına görə, komanda dünən Lənkərandakı bazasında axşam məşqinə çıxaraq
Zaqatalanın "Simurq” komandası ilə görüşün hazırlığına start verib.
Cahangir Həsənzadə, Ağabala Ramazanov
və Uğur Pamuk zədə səbəbindən hazırlıqda iştirak etmir və qarşıdakı matçda
komandaya kömək edə bilməyəcəklər.
"Xəzər Lənkəran” bu gün saat 16.00-da oyun
öncəsi son məşqinə çıxaraq hazırlığını tamamlayıb oyun saatını gözləyəcək.
Qeyd edək ki, XI tur çərçivəsində keçiriləcək "Xəzər Lənkəran”- "Simurq” görüşü sabah saat 17:00-da başlayacaq.