AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, XIX turdakı "Keşlə-2" - "Kəpəz" matçının ikinci hissəsi paytaxt təmsilçisinin səhlənkarlığı ucbatından 3 dəqiqə gec başlayıb. Klub bunun üçün 240 manat məbləğində cərimə olunub.
Komitə MOİK-ə isə 80 manat cərimə kəsib. Buna səbəb "Səbail-2" ilə ev matçında xərək daşıyan uşaqların sayının əsasnaməyə uyğun olmamasıdır.