
FIFA 2023-cü ildə qadınlar arasında dünya çempionatının keçirilməsi üçün rekord sayda müraciət alıb.
Sportnet.az xəbər verir ki, ali futbol qurumuna mundialla bağlı, ümumilikdə, 9 ərizə daxil olub.
FIFA Argentina, Avstraliya, Boliviya, Braziliya, Kolumbiya, Yaponiya, Cənubi Koreya (Koreya Xalq Demokratik Respublikası ilə birgə), Yeni Zelandiya və Cənubi Afrikanın müraciətini nəzərdən keçirir.