Milli komandaların oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədə yoxlama oyunu keçirmək istəyən "Keşlə"nin rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçilik etdiyi kollektiv martın 23-də I Divizion təmsilçisi "Qaradağ-Lökbatan"la üz-üzə gələcək.
Qarşılaşma "ASK Arena" stadionunda saat 15.00-da başlayacaq.