Portuqaliya milli komandasının və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges yenidən hamilə qalıb.
Sportnet.az-ın "Correio da Manhã"ya istinadən məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində Portuqaliya - Serbiya oyununu izlədiyi vaxt Rodrigesin böyüyən qarnı diqqətdən yayınmayıb. O, tribunada Ronalduya yaxınları ilə birgə dəstək olub. Təcrübəli forvardın 30-cu dəqiqədə zədələnərək əvəzlənməsini pərəstişkarları üzüntü ilə qarşılayıb. Görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Corcina Rodriges 12 noyabr 2017-ci ildə Kriştianu Ronaldu üçün Alana adlı qız dünyaya gətirib. Portuqaliyalı futbolçunun surroqat anadan kiçik Kriştianu, habelə Yeva və Mateo adlı əkiz övladları da var.