"Araz
Naxçıvan" klubu fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol
Lİqasına (PFL) məktub ünvanlayıb. Bu barədə PFL-in
texniki-idman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.
O bildirib ki,
səhər saatlarında daxil olan məktubda konkret səbəb göstərilməyib. Z.Hüseynov
yaxın müddətdə Naxçıvan rəhbərliyi ilə əlaqə saxlanılacağını və bu addımın
nədən qaynaqlandığına aydınlıq gətiriləcəyini söyləyib. PFL rəsmisi "Araz
Naxçıvan"ın Premyer Liqadan çəkilməməsi üçün əllərindən gələni
edəcəklərini də vurğulayıb.
Qeyd edək ki, bu gün "Araz Naxçıvan"ın
rəsmi saytı klubun fəaliyyətini dayandırmasına dair bildiriş yayıb. (Report.az)
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |