1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cons “Beşiktaş”dan getdi
ABŞ-lı futbolçu Cermeyn Cons Türkiyənin "Beşiktaş” klubu ilə yolları ayırıb. Sportnet.az-ın xəbərinə görə, təcrübəli yarımmüdafiəçi bu barədə "Ntvspor”a açıqlamasında məlumat verib.
Cons artıq İstanbul klubuna müqavilə yeniləmək üçün verdiyi müddətin dolduğunu deyib: "Beşiktaş”a gəldiyim ilk günlərdən zədələndim. Bərpa prosesim çətin keçdi. Amma bunu dəqiq deyə bilərəm ki, artıq "Beşiktaş”ın formasını geyiməyəcəm. Klub prezidenti və baş məşqçimizlə danışıqlarımız oldu. Mənimlə müqavilə bağlamaq imkanları vardı. Onları gözləyəcəyimi demişdim. Ancaq klubdan heç bir təklif gəlmədi və şanslarını itirdilər. Türkiyədəki digər klublardan təkliflər almışam. Karyeramı yenidən Superliqada davam etdirə bilərəm”.
Qeyd edək ki, ABŞ millisinin də üzvü olan 33 yaşlı futbolçu cari ilin yanvarından "Beşiktaş”da icarə əsasında çıxış edirdi. Anlaşmaya əsasən "ağ-qaralar” mövsüm sonu onunla müqavilə yeniləyə bilərdi.