Zədəli olduğu
üçün AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamızın Norveçlə
oyununun heyətinə çağırılmayan "Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanov
artıq tamam sağalıb. Sportnet.az-ın məlumatına görə, bir müddət fərdi hazırlıqla
kifayətlənən təcrübəli futboçunun topla çalışmalarına klubun həkimləri icazə
verib.
Hazırda istirahətdə olan "Qəbələ" bir araya gəldiyi zaman Ruslan Əmircanov da kollektivlə birlikdə məşqlərdə iştirak edə biləcək.
Qeyd edək ki, Ruslan Əmircanov "Qəbələ"yə bu yay "İnter"dən keçib.