Andrey Qordeyev Rusiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.
Sportnet.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Bu addım yığmanın Avropa çempionatının elit-raundundakı qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar atılıb.
Qeyd edək ki, Krasnodar şəhərində keçirilmiş yarışda 1-ci qrupda yer alan Rusiya yığması 2 xalla 3-cü yeri tutub. İrlandiya 9 xalla 1-ci, Rumıniya 4 xalla 2-ci, 3 oyundan cəmi 1 xalla ayrılan Azərbaycan millisi isə sonuncu olub. Azərbaycan yığması yeganə xalını məhz Rusiya ilə qolsuz yekunlaşmış görüşdə qazanıb.