Rusiya Premyer Liqasında XXVI turunda Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” Sankt Peterburqda “Zenit”in qonağı olub.
Sportnet.az-ın məlumatına görə, Şeydayev sabiq komandası ilə görüşə start heyətində yer alıb. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
23 yaşlı hücumçu 40-cı dəqiqədə məhsuldar ötürmə müəllifi, 48-ci dəqiqədə ilk, 78-ci dəqiqədə ikinci sarı vərəqə müəllifi olub. Nəticədə o, meydandan kənarlaşdırılıb.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Zenit" liderliyini möhkəmləndirib. 27 xala malik "Krılya Sovetov" isə 13-cü pillədə qalıb.