Hollandiya "Ayaks"ının futbolçuları Nussayr Mazraui və Hakim Ziyev Çempionlar Liqasında İngiltənin "Tottenhem" komandası ilə yarımfinal mərhələsinin cavab görüşündə iftar açmaq üçün 24-cü dəqiqəni gözləyiblər.
Sportnet.az-ın məlumatına görə, mərakeşli yarımmüdafiəçilər vacib qarşılaşma ərəfəsində də oruc tutublar. Onlar meydandaca su içərək yemək yeyiblər. Bundan cəmi 11 dəqiqə sonra Ziyeş komandasının ikinci qolunu vurub və 77-ci dəqiqədə sarı vərəqə alıb. Hər iki oyunçu sonadək meydanda olub.
Qeyd edək ki, ikinci hissədə "Tottenhem" geridönüş edərək, qələbəyə nail olub - 3:2. Məhz səfər qolları sayəsində İngiltərə təmsilçisi finala yüksəlib.