
Avropa Liqasının qrup
mərhələsində "Qarabağ”-ın rəqibi olan Ukrayna "Dnepr”i futbolçusu lə müqaviləni
yeniləyib. Sportnet.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, bu 26
yaşlı Nikola Kaliniçdir.
Hücumçu Dnepropetrovsk
təmsilçisi ilə 2019-cu ilin 31 dekabrına kimi müqaviləsini uzadıb.
Xorvatiyalı futbolçunun
müqaviləsi gələn ilin yayında bitdiyi üçün artıq qış transfer pəncərəsində o başqa
klubla ilkin razılığa gələ bilərdi.
Qeyd edək ki, bu mövsüm Kaliniç "Dnepr”in ən yaxşı forvardıdı. Onun aktivində 19 oyuna 8top var.