Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə çağırış edib.
Sportnet.az xəbər ki, AVRO-2020-nin səfirlərindən olan 46 yaşlı veteran yarımmüdafiəçi finalı izləmək üçün Azərbaycana gələcəyini söyləyib: “Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”.
Qeyd edək ki, İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.