
Bakıda İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının iştirakı ilə keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində bu gün baş məşqçilərlə birgə mətbuat konfranslarına qatılacaq futbolçular müəyyənləşib.
Sportnet.az-ın məlumata görə, “Arsenal”ın 17:45-də başlayacaq mətbuat konfransıdan baş məşqçi Unay Emeri ilə yanaşı, müdafiəçi Sokratis Papastatopulos və yarımmüdafiəçi Qranit Caka fikirlərini bölüşəcək.
“Çelsi”nin saat 20:15-ə təyin edilən mətbuat konfransında isə baş məşqçi Mauritso Sarrini kapitan Sesar Aspilikueta və müdafiəçi David Luis müşayiət edəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq. (Report)