İngiltərənin "Çelsi" komandasının Avropa Liqasında "Arsenal"la keçirəcəyi oyundan öncə son məşqində futbolçular arasında qalmaqal baş verib.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya stadionundakı hazırlıq prosesi zamanı Qonsalo İquain və David Luis münaqişəyə girib. Argentinalı və braziliyalı oyunçular adi epizodda mübahisə ediblər. İquain komanda yoldaşına nə isə deməyə çalışsa da, Luis onu əli ilə itələyib.
Bundan sonra baş məşqçi Mauritsio Sarri "sambaçı" ilə söhbət etməyə başlayıb. Meydanı tərk edərkən isə italiyalı mütəxəssis kepkasını başından çıxararaq yerə tullayıb və təpiklə vurub. Sarri daha sonra kepkasını yerdən götürsə də, tunelə girərkən yenə qabağına atıb və daha bir təpik vurub.
Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 23:00-da başlanacaq.
Tempers fraying in the Chelsea camp? ????
— Football on BT Sport (@btsportfootball) May 28, 2019
Higuain and Luiz come together in training and Maurizio Sarri is furious! pic.twitter.com/obSZ51KGGd
Whaaat? Maurizio Sarri leaving Chelsea training being mad at David Luiz behaviour pic.twitter.com/4x3hGpRPIC
— Tancredi Palmeri (@tancredipalmeri) May 28, 2019