İngiltərə Premyer Liqasında 2019/2020 mövsümünün oyunları üçün yeni topun fotosu təqdim olunub.
Sportnet.az-ın məlumatına görə, top ağ rəngli olmaqla, çəhrayı və qara haşiyələrlə ayrılıb. "Nike" loqotipi tam çəhrayıdır. Premyer Liqanın emblemi isə çəhrayı haşiyədə yerləşdirilib.
Qeyd edək ki, yeni mövsüm avqustun 9-da "Enfild Roud"da Çempionlar Liqasının qalibi "Liverpul" və "Norviç Siti" arasındakı görüşlə başlayacaq. Qalan oyunlar 10-11 avqustda olacaq.
İngiltərənin hazırkı çempionu isə "Mançester Siti"dir.