Milli
komandaların toplanışı ilə əlaqədar ölkə çempionatında yaranan fasilə
müddətində Bakıda hazırlığına start verən "Xəzər Lənkəran”, noyabrın 5-dən
etibarən məşqlərini paytaxtda davam etdirməkdədir. Sportnet.az-ın klubun saytına istinadən məlumatına görə, komanda gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam isə taktiki planda məşqlər keçirir.
Keçirilən məşqlərdə Cahangir Həsənzadə
və Ağabala Ramazanov tam olaraq iştirak edə bilmir. Adı çəkilən futbolçular
hazırda yüngül çalışmalarla xüsusi planda zədələrini sağaltmağa cəlb
olunublar. Son məşqdə Adrian Skarlatakenin ciddi zədələnməsi isə məşqçilər
korpusunu qayğılandıran əsas məqamdır. Rumıniyalı futbolçu əzələ yırtığı səbəbi
ilə üç həftə komandasına kömək edə bilməyəcək.
Bu arada "Xəzər Lənkəran” hazırlıq prosesi çərçəvəsində AZAL klubu ilə yoxlama oyunu keçirəcək. Yoxlama oyunu noyabrın 12-i saat 16:00-da AZAL Arenada keçiriləcək.