
“Səbail" komandası Rumıniyada "Universitatya" ilə keçirəcəyi Avropa Liqasının cavab oyunu öncəsi problemlə üzləşib.
Sportnet.az xəbər verir ki, Elvin Yunuszadə son iki gündə məşqlərə qatıla bilməyib. Mərkəz müdafiəçisinin omba nahiyəsində ağrıları var. Yunuszadənin durumuna oyun ərəfəsində aydınlıq gələcək.
Qeyd edək ki, iyulun 18-də Krayovada keçiriləcək "Universitatya" - "Səbail" matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.