"Çox şey danışmaq olar. Rəqibi təbrik etməklə kifayətlənirəm".
Sportnet.az-ın məlumatına görə, bunları Moldovanın "Sperantsa" komandasının baş məşqçisi Kristof Efros "Neftçi"yə 0:6 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra söyləyib.
27 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda hakimlərin "Neftçi"yə kömək etməsi fikrində qalır: "Bu gün eyni sözü deyə bilmərəm. Səhvlər etdik. Təəssüf ki, biz "Liverpul" deyilik və bu cür hesablardan sonra geri dönüş edə bilərəm".
Baş məşqçi "Klubuzun prezidenti olan atanıza nə hesabat verəcəksiniz" sualına belə cavab verib: "Bu bizim daxili problemimizdir. Hesabatı mətbuata yox, prezidentə verəcəyəm. Suallarınız aqressivdir. Sonra da deyirsiniz ki, mən aqressiv danışıram. Elə sözlər deyərəm ki, sizin xoşuna gələ bilər. İstəyirsinizsə, həyatdan danışaq. Hər bir insan qabağa baxıram. Sizin maaşınız aşağıdırsa, yüksək olmasına çalışacaqsınız. Ancaq axmağın biri deyər ki, uduzacağam. Mənim kişiliklə bağlı hər bir şeyim qaydasındadır. Azərbaycanın neft satması ilə bağlı sözlərim komplimentdir. Biz də şərab satırıq. Bunda heç bir problem yoxdur. Oyundan qabaq ancaq pozitiv fikirlər səsləndirdim. Hərçənd xoş olamayan bəzi nüanslar vardı. Amma mən durub "Neftçi" düşərgəsi kimi meydan və ya digər amillərdən danışmayacağam. "Neftçi" qrupa düşsə, qürur duyacağıq".