
Sabiq FIFA referisi Asim Xudiyev isə Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.
Sportnet.az xəbər verir ki, Xuidyev həmin gün yerli "Lokomotiv" və "Slovakiyanın "Spartak" (Trnava) komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. O, kiprli Timofeos Kristofinin rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə macarıstanlı Robert Kispal olacaq.
İyulun 25-də Plovdivdəki "Lokomotiv" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.