
Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvləri Nərgiz Hacıyeva, Manə Mollayeva və Vüsalə Seyfəddinovanın yeni klubu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, hər üç oyunçu karyeralarını Rusiyanın "Ryazan" komandasında davam etdirəcək.
Qonşu ölkə təmsilçisi Azərbaycan yığmasının üzvləri ilə 5 aylıq müqavilə imzalayıb.