
"Barselona"nın yarımmüdafiəçisi Sesk Fabreqas London "Çelsi"sinə keçməyə yaxındır. Sportnet.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "zadəganlar" ispaniyalı futbolçunu "Nyu-York Siti"yə keçidi gözlənilən Frenk Lempardın əvəzinə almaq niyyətindədirlər.
Qeyd edək ki, bir müddət öncə Fabreqasın "Barselona"nı tərk edərək, İngiltərə Premyer Liqasında oynamaq arzusunda olduğu xəbəri yayılmışdı.