İngiltərə milli komandasının futbolçusu Frenk Lempard yayda "Çelsi" klubunu tərk edəcəyini təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçi özü BBC-yə açıqlama verib.
O bildirib ki, 13 il öncə "zadəganlar"ın sıralarına qoşularkən, 429 oyun keçirəcəyinə və xeyli uğur qazanacağına inanmayıb. Lempardın sözlərinə görə, "Çelsi" tədricən onun həyatının bir hissəsinə çevrilib. Təcrübəli futbolçu gənc ikən onu komandaya cəlb edən Ken Beytsə, klubu xilas edərək yeni səviyyəyə çatdıran rusiyalı milyarder Roman Abramoviçə, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə minnətdarlıq edib.
Qeyd edək ki, Frenk Lempardın ABŞ-da yeni yaradılan "Nyu-York Siti" klubuna keçəcəyi gözlənilir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |