
"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə yollanacaq.
Sportnet.az-ın məlumatına görə, Hüseynzadə "Astana" və Belarus BATE-si arasındakı Avropa Liqasının ilk "pley-off" matçına təyinat alıb. O, avqustun 22-də "Astana Arena"da təşkil olunacaq qarşılaşmanın UEFA nümayəndəsi olacaq. Keçmiş klub rəhbəri ukraynalı Sergey Boykonun başçılıq etdiyi hakimlər briqadasının işini nəzarətdə saxlayacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.