Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun sonuncu matçında "Neftçi" "Sabah"ı qəbul edib. "Bakcell Arena"da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Görüşdə ilk qol 33-cü dəqiqədə vurulub. "Sabah"ın heyətində Rəşad Eyubov qapıçı ilə təkbətəkdən qalib ayrılıb. 40-cı dəqiqədə Soni Mustivar flaqmanın bərabərlik qoluna imza atıb. Görüşün ikinci yarısı qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər meydanı heç-heçə ilə tərk edib. Beləliklə çempionluğa iddialı "Neftçi" ilk turda iki xal itirib.
Qeyd edək ki, ilk 3 oyunda "Keşlə" evdə "Qarabağ"a, "Zirə" səfərdə "Səbail"ə 0:1, "Qəbələ" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.
--------------
Bu gün Azərbaycan Premyer Liqasında ilk turun son oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Nefrçi" "Bakcell Arena"da "Sabah" komandasını sınağa çəkəcək.
Yay fasiləsində hər iki komanda heyətini yeni futbolçularla gücləndirib. "Qəbələ"dəb Voislav Stankoviç, Stiven Monroz və Rauf Əliyevi transfer edib Dario Frederikonu geri qaytaran flaqman Avropa Liqasında III təsnifat mərhələsinədək irəliləyə bilib.
"Sabah" isə 11 futbolçu - Cavid Tağıyev ("Sumqayıt"), Kevin Kubemba ("Səbail"), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov (hər ikisi "Neftçi"), Bəhlul Mustafazadə ("Qəbələ"), Amadu Diallo (“Red Star”, Fransa), Hendrik Eksteyn ("Kayzer Çifs", Cənubi Afrika Respublikası), Abbas Ağazadə (MOİK), Anar Panayev ("Anji", Rusiya), Oleq Karnaux ("Tavriya", Ukrayna), Ulisse Diallonu transfer edib.
Qeyd edək ki, ilk 3 oyunda "Keşlə" evdə "Qarabağ"a, "Zirə" səfərdə "Səbail"ə 0:1, "Qəbələ" öz meydanında "Sumqayıt"a 0:2 hesabı ilə uduzub.
Azərbaycan Premyer Liqası, I tur
19 avqust (bazar ertəsi)
20:00. “Neftçi” – “Sabah” - 1:1
Qollar: Soni Mustivar, 40 - Rəşad Eyubov, 33
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.