"Sabah" klubundan ayrılan Ukrayna millisinin sabiq futbolçusu Marko Deviçin yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, serb əsilli hücumçu karyerasını vətənində davam etdirəcək. 36 yaşlı forvard Serbiya Super Liqasında çıxış edən "Vojdovats"la anlaşıb. O, 2004-2005 mövsümündə də bu komandanın formasını geyinib.
Ötən mövsüm "Sabah"da çıxış edən Deviç Azərbaycan Premyer Liqasında 21 oyuna 8 qol vurub. O, ailə vəziyyəti ilə əlaqədar paytaxt təmsilçisindən ayrılıb.
Qeyd edək ki, Deviç karyerası ərzində Serbiyanın "Zvezdara", "Jeleznik", "Radniçki", "Vojdovats", Ukraynanın "Volın", "Metallist", "Şaxtyor", Rusiyanın "Rubin", "Rostov", Qətərin "Əl-Rayan" və Lixtenşteynin "Vaduts" klublarının formasını geyinib. O, 2007/2008 mövsümündə Ukrayna Premyer Liqasının bombardiri olub.