UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyunlar çərçivəsində 21 matç baş tutub. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Şimali İrlandiyada "Linfild"in qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.
Türkiyənin "Trabzonspor" klubu da ilk oyununu səfərdə keçirib. Ünal Karamanın baş məşqçi olduğu kollektiv Yunanıstanda AEK-i məğlubiyyətə uğradıb.
Azərbaycanlı futbolçu Ayaz Quliyevin çıxış etdiyi Rusiya "Spartak"ı isə Portuqaliyada "Braqa"ya minimal hesabla uduzub.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
18:00. "Astana" (Qazaxıstan) - BATE (Belarus) - 3:0
19:00. "Ararat" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) - 2:1
21:00. “Malmö” (İsveç) - “Bney Yehuda” (İsrail) - 3:0
21:00. "Suduva" (Litva) - "Ferentsvaroş" (Macarıstan) - 0:0
21:30. “Feyenoord” (Hollandiya) - “Hapoel Beer-Şeva” (İsrail) - 3:0
21:30. "Lüdoqorets" (Bolqarıstan) - "Maribor" (Sloveniya) - 0:0
21:45. "Kopenhagen" (Danimarka) - "Riqa" (Latviya) - 3:1
22:00. AEK (Yunanıstan) - "Trabzonspor" (Türkiyə) - 1:3
22:00. "Legiya" (Polşa) - “Reyncers” (Şotlandiya) 0:0
22:30. AZ (Alkmaar, Hollandiya) - “Antverpen” (Belçika) - 1:1
22:30. "Styaua" (Rumıniya) - "Vitoriya" (Gimaraynş, Portuqaliya) - 0:0
22:30. “Gent” (Belçika) - “Riyeka” (Xorvatiya) - 2:1
22:30. PSV (Hollandiya) - “Apollon” (Kipr) - 3:0
22:30. “Strasburq” (Fransa) - “Ayntraxt” (Almaniya) - 1:0
22:45. "Braqa" (Portuqaliya) - "Spartak" (Moskva, Rusiya) - 1:0
22:45. "Seltik" (Şotlandiya) - AİK (İsveç) - 2:0
22:45. "Linfild" (Şotlandiya) - "Qarabağ" (Azərbaycan) - 3:2
23:00. “Espanyol” (İspaniya) - “Zarya” (Luqansk, Ukrayna) - 3:1
23:00. "Partizan" (Serbiya) - "Mölde" (Norveç) - 2:1
23:00. "Slovan" (Slovakiya) - PAOK (Yunanıstan) - 1:0
23:00. "Torino"(İtaliya) - “Vulverhempton” (İngiltərə) - 2:3