Hazırda Türkiyə "Erzurumspor"unun formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Səudiyyə Ərəbistanına üz tutacaq.
Sportnet.az "Slobodna-bosna.ba" saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin şərəfini qoruyan 31 yaşlı qolkiper ölkənin "Əl-Əhli" klubuna keçəcək. Hazırda bu klubda daha iki bosniyalı - Ervin Zukanoviç və Elvis Sariç çıxış edir. Bildirilir ki, Şehiç ötən mövsüm Türkiyə Super Liqasını tərk edən "Erzurumspor"da qalmayacaq.
Qeyd edək ki, İbrahim Şehiç 2013 - 2018-ci ildə "Qarabağ"da çıxış edib. Onun hazırkı klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi mövcuddur. Qapıçının yenidən Ağdam təmsilçisinə qayıdışı da gündəmdədir.