Rumıniya ÇFR-inin baş məşqçisi Dan Petresku "Qarabağ"ın Avropa Liqasında yer aldığı qrupu fantastik adlandırıb.
Sportnet.az-ın məlumatına görə, ötənlərin tanınmış müdafiəçisi bunu düşdükləri E qrupu ilə digər qrupları müqayisə edərkən dilə gətirib. 52 yaşlı mütəxəssis bildirib ki, A qrupunda "Qarabağ", APOEL və "Düdelanj"ın birgə olması böyük uğurdur. O, B, C və D qruplarının da yaxşı olduğunu iddia edib. Petresku yalnız öz qruplarından şikayətlənib. Baş məşqçinin sözlərinə görə, İtaliyanın "Latsio", Şotlandiyanın "Seltik" və Fransanın "Renn" komandaları ilə birgə olmaq bəxtsizlikdir.
Petresku qrupa düşə bilməyən "Styaua"ya da söz atıb: "Onlar "Milsami" (Moldova), "Alaşkert" (Ermənistan), "Mlada Boleslav" (Çexiya) və "Vitoriya" (Portuqaliya) kimi komandaları oyunlar keçirdilər. Bilmirəm püşkatmaya kimi göndərmişdilər. Gələn dəfə mən də həmin şəxsi göndərəcəyəm".
Qeyd edək ki, ÇFR avrokubokların qrup mərhələsinə düşməyi bacaran yeganə Rumıniya təmsilçisidir. "Styaua" isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində "Vitoriya"ya iki oyunun yekununda uduzmaqla dayandırıb - 0:0, 1:1. "Qarabağ" ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcək.