Azərbaycan milli komandasının daha bir futbolçusu cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, kapitan Maksim Medvedev Xorvatiya yığması ilə AVRO-2020-nin seçmə matçının 90+3-cü dəqiqəsində sarı vərəqə alaraq, limiti doldurub. O, oktyabrın 13-də səfərdə Macarıstanla qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada Anton Krivotsyuk və Dmitri Nazarov da sarı vərəqə limitini doldurub. Onlar da Macarıstanla matçda oynamayacaqlar.