“Qrup mərhələsinə qələbə ilə başlamaq çox önəmli idi. Yaxşı oynadıq və qol vəziyyətləri yaratdıq. Buradan müsbət əhvalla ayrılırıq”.
Sportnet.az xəbər verir ki, bunu “Sevilya”nın futbolçusu Oliver Torres UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”ı səfərdə 3:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.
Matçın 85-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atan 25 yaşlı yarımmüdafiəçi həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışladıqlarını vurğulayıb: “Bizim üçün böyük oyun idi. Məşqlərin bəhrəsini görürük və çox istəkli oynadıq. Əsas məsələ qol imkanlarını artırmaqdır. Bunun üzərində daha çox işləyəcəyik”.