AFFA İntizam Komitəsi 1 oktyabr iclasında U-14 Liqasının “Səbail” – “Məqsəd Kursları” FK və Coca-Cola U-13 Liqasının “Neftçi İK İB” – “Vətən RİOEUGFM” qarşılaşmaları haqqında qərarlar çıxarıb.
Sportnet.az xəbər verir ki, lakin komitəyə sonradan daxil olan məlumatlar, həmçinin AFFA-nın Hakimlər Komitəsinin rəsmi müraciətindən hakimlərin oyunların protokollarını düzgün doldurmadığı məlum olub.
Buna görə də İntizam Komitəsi hər iki oyunlar bağlı aşağıdakı qərarları qəbul edib:
29 sentyabr 2019-cu il, U-14 Liqasının “Səbail” – “Məqsəd Kursları” FK matçının 62-ci dəqiqəsində “Səbail” klubunun 25 №-li futbolçusu Səfər Sadiqzadəyə sonuncu ümid fouluna görə göstərilən qırmız vərəqə ləğv olunur. Həmin oyunda göstərilmiş qırmızı vərəqə 12 №-li futbolçu Nizaməddin Balayevə şamil olunur.
28 sentyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının “Neftçi İK İB” – “Vətən RİOEUGFM” matçının 48-ci dəqiqəsində “Neftçi İK İB” klubunun 10 №-li futbolçusu Nihad Şahhüseynliyə ikinci sarı vərəqəyə görə göstərilən qırmızı vərəqə ləğv olunur. Həmin oyunda göstərilmiş qırmızı vərəqə 11 №-li futbolçu Nəsir Nəsirliyə şamil olunur.