Nigeriya millisinin sabiq futbolçusu İsak Promise dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, hücumçu 32 yaşında vəfat edib. Onun infarktdan öldüyü bildirilir.
Qeyd edək ki, Promise karyerası ərzində əsasən Türkiyə klublarında çıxış edib. Nigeriyalı forvard "Gənclərbirliyi", "Trabzonspor", "Antalyaspor" və "Manisaspor" komandalarının formasını geyinib. Oyunçu son olaraq ABŞ-ın "Ostin Bould" kollektivinin şərəfini qoruyub.