Həmin mundiala Qətərin yiyələnməsindən ötrü FİFA İcraiyyə Komitəsinin sabiq üzvü olan ibn Həmmamın yüksək vəzifəli futbol məmurlarını satın aldığı bildirilir. Nəşr yazır ki, onunla Platininin görüşdüyünü təsdiq edən faktlar mövcuddur. Bu görüş 2010-cu ildə FİFA İcraiyyə Komitəsi üzvləri arasındakı səsvermədən öncə olub. Mənbənin iddiasına görə, fransalı futbol məmuru səsini Qətərə verdiyini, oğluna isə Qətər firmasının məxsus olduğunu gizlətməyib.
Qeyd edək ki, əvvəllər Afrika və Karib regionu ölkələri Qətərə loyal münasibət qarşılığında rüşvət almaqda ittiham olunurdu. İndi isə Fransa korrupsiya qalmaqalına Avropanı da qata bilər.