"Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev Belarus BATE-sinin düşərgəsində olub.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis Borisov təmsilçisinin bazasında həmkarı Aleksey Baqa ilə görüşüb. O, komandanın məşqini də izləyib. Hacıyev həmçin BATE-nin əvəzedici heyətinin məşqinə baş çəkməyi və uşaq-gənclər məktəbinin işi ilə tanış olmağı planlaşdırır.
Qeyd edək ki, hər iki mütəxəssis Minskdə UEFA-nın PRO kateqoriyalı lisenziyası almaq üçün birgə kurs keçib.