19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 22 dəqiqədə Rüfət Abdullazadə vurub. 50-ci dəqiqədə isə Tural Bayramov fərqi iki topa çatdırıb.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki matçlarda Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabı ilə uduzduğu üçün növbəti mərhələ şansını itirib. 7-ci qrupun oyunları Çexiyada keçirilib. Bu qrupda meydan sahibləri ilə yanaşı Norveç növbəti mərhələyə yüksəlib.
----------------------------------------------------------------
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, San Marino yığması ilə görüş saat 17:00-da başlayacaq. Maltalı baş hakim Alan Mario Santa həmyerlisi Luke Portelli və çexiyalı Radim Dresler yan xətt, daha bir çexiyalı Jan Petrik isə dördüncü hakim qismində kömək edəcək.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyunlarında Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabı ilə uduzub.
Azərbaycan - San Marino - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: Rüfət Abdullazadə, 22, Tural Bayramov, 50