UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu ada Nikolya Pepe (“Arsenal”, İngiltərə), Franko Vaskes (“Sevilya”, İspaniya), Ussama İdrissi (“Alkmaar”, Niderland) və Rayan Kristi (“Seltik”, Şotlandiya) iddia edirlər.
Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.