FİFA
2018 və 2022-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin
seçkisini yenidən keçirə bilər. Sportnet.az "The Guardian”a istinadən xəbər
verir ki, Rusiya və Qətər dünya çempionatları – 2018 və 2022-yə ev sahibliyi
etmək hüququndan məhrum edilə bilərlər.
İngiltərənin
sabiq idman naziri Cerri Satkliff bu iki
ölkənin ünvanına sərt ittihamlar səsləndirib. O, ilk olaraq Qətəri ittiham
edib. Ardınca isə keçmiş nazir "Rusiyanın bostanına da daş etıb”: "Səsvermədə
qalib gəlmək üçün heç bir şansımız yox idi. Qətərin ədalətsizliklə bu hüququ
qazandığını öyrəndik. Əgər bu, belədirsə, Rusiyanın da eyni fırıldaqla mundiala
ev sahibliyinə yiyələndiyinə şübhəm yoxdur”.
Qeyd edək ki, bir müddət öncə FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Mohammed bin Hammamın yüksək rütbəli futbol məmurlarına Qətərin dünya çempionatı-2022-yə ev sahibliyinə yiyələnməsi üçün ümumilikdə 5 milyon dollar rüşvət verdiyi iddia edilib.