
"Sumqayıt"
Futbol Klubu növbəti transferini reallaşdırıb. Sportnet.az-ın məlumatına görə, son
olaraq, "Araz Naxçıvan"da çıxış etmiş Budaq Nəsirov yeni komandası ilə
1,5 illik müqavilə imzalayıb.
19 yaşadək futbolçulardan ibarət milli komandamızın da formasını geyinən 1996-cı il təvəllüdlü futbolçu "Sumqayıt" klubunda 96 nömrəli futbolkanı geyinəcək.